Cüdoçularımızdan DÇ-də daha bir medal
Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Cüdoçumuz Vüqar Talıbov komandamızın hesabına medal yazdırıb.
Vüqar Talıbov 1/4 finala qədər problemsiz irəliləyib. O, bu yolda Avstraliya, Tunis və Qırğızıstan cüdoçusunu mübarizədən kənarlaşdırıb. Lakin Talıbov yarımfinalın bir addımlığında braziliyalı Qustavo Qomesə yenilib.
Bununla belə, cüdoçumuz bürünc medal şansını davam etdirib. Təsəlliverici görüşdə Qanijon Qaniyevi (Tacikistan) məğlub edən Vüqar "bürünc"ə yiyələnmək üçün Luici Sentraççionu da üstələməli idi. İtaliyalı rəqibini ipponla məğlub edən Vüqar dünya üçüncüsü olub.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...