Mikayıl Müşfiqə yeni abidə qoyuldu - Fotolar+Video
Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsinin aşırılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Abidənin ekskavatorla aşırdılması birmənalı qarşılanmayıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov bildirib ki, M.Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsi və ətrafı yararsız vəziyyətdə idi:
“Ərazidə abadlıq işləri aparılıb və abidə yenidən hazırlanıb. O, Mikayıl Müşfiqin şəxsiyyətinə, şairliyinə yaraşmayan abidə idi".
Qaradağ Rayon İcra Hakimiyyəti sözügedən məsələ ilə bağlı açıqlama yayıb.
Daxil olan açıqlamanı təqdim edirik:
“Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınıb.
Məlumat üçün bildiririk ki, hər dəfə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsində keçirdiyi səyyar görüşlərdə qəsəbə sakinləri müraciət edərək abidənin Mikayıl Müşfiqin adına layiq olmadığını və dəyişdirilməsini xahiş ediblər.
Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Mədəniyyət Nazirliyinə müraciət olunub və müsbət cavab alınıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanıb. Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulub.
Eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən abidənin ətrafında genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmaqdadır. Yararsız vəziyyətdə olan əvvəlki abidə isə götürülüb. Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcək”.
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...
-
Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
...
-
CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı keçirilib - Video
...
-
Deniz Çakırdan - Yeni fotolar
...
-
Akademik Musiqili Teatrda “Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq
...
-
“CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də
...