Arif Qasımov növbəti səyyar qəbul-görüş keçirdi - Fotolar
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
A.Qasımov 229 №-li tam orta məktəbdə R.Rüstəmov küçəsi 37, 39, 41, 43, 47, 51 və Q.Qarayev prospekti 63 ünvanlarında yaşayan sakinlərlə görüşüb.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Səyyar qəbulda icra başçısı rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Qəbulda rayon rəhbəri tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...