Ümit Özat “Sabah” haqda - “Danışığımız olub”
“Sabah” klubunda baş məşqçi olacağı iddia edilən türkiyəli mütəxəssis Ümit Özat açıqlama verib. “Radyospor”a danışan Özat “Sabah”la danışıqlar apardığını təsdiqləyib:
“Azərbaycanın “Sabah” klubu ilə ciddi danışıqlarımız oldu. Bizim də özümüzə görə gözləntilərimiz var. “Sabah”ın oyunlarını izləmişəm. Ölkə xaricində işlər bir gün ərzində olmur. Türkiyə deyil ki, həmin andaca hər şey həll edilsin. “Sabah”la ötən həftə danışıqlarımız oldu. Düzgün seçim etmək lazımdır. Azərbaycanın düzgün bir ölkə olduğunu düşünürəm”.
Türkiyə mətbuatı “Sabah”ın Ümit Özatla danışıqlar apardığını iddia etsə də, “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bir müddət əvvəl Komanda.az-a açıqlamasında Ümit Özatla maraqlanmadıqlarını və klubun heç bir əməkdaşının Türkiyəyə yollanmadığını demişdi.
Özat məşqçilik karyerası ərzində “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor”, “Mersin İdmanyurdu”, Gənclərbirliyi” və “Girəsunspor”u çalışdırıb. Onun son iş yeri “Adana Dəmirspor” klubu olub.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...