“Məğlubiyyəti faciə saymayacam” - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
47 yaşlı mütəxəssis yaxşı komandaya qarşı oynayacaqlarını deyib:
"Yaxşı komandaya qarşı oynayırıq. Son vaxtlar uğurlu çıxış edirlər. Oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, intizamlı oynayıb istədiyimiz nəticəni qazanaq".
- Rəqibin sizi narahat edən hansı xüsusi özəlliyini qeyd edə bilərsiniz?
- Heç vaxt hansısa komandanı autsayder görmürəm. Xüsusən də, belə turnirlərdə. Rəqib qrup mərhələsinə yaxşı oyunla yüksəlib. Məni narahat edən odur ki, "Düdelanj"ı autseyder kimi görürlər. İnanıram ki, bu, futbolçulara təsir etməyəcək. Rəqibin yaxşı futbolçuları var. Bu gün Avropada heç bir oyunu proqnozlaşdırmaq olmur.
- "Düdelanj"la görüşdə sizin görmək istədiyiniz "Qarabağ" olacaq?
- Zədəlilər var, amma bu, o demək deyil ki, onlar oynamadığı üçün optimal heyət olmayacaq.
- Xal itkisi "Qarabağ" üçün ciddi uğursuzluq sayılacaq?
- Qətiyyən belə düşünmürəm. Məğlub olsaq, bunu faciə saymayacam. Qarşıda dörd oyunumuz olacaq. Bəzən son görüşdə nəticəni əldə etmişik, bəzən də əldən vermişik. Mənə vacib olan futbolçuların verəcəyim tapşırığı icra etməsidir. Mən sabah qətiyyən pisi düşünmürəm.
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...