Növbəti görüş 7 saylı Qayıdış qəsəbəsində keçirilib - Foto
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 7 saylı Qayıdış qəsəbəsində keçirilib.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev deyib ki, qəsəbədə hal-hazırda 830 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər.
Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 750 nəfərə hər ay 43200 manat vahid aylıq müavinət ödənilir, 5 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub.
7 saylı Qayıdış qəsəbəsində 4 şəhid ailəsi, 6 Qarabağ müharibəsi əlili var. Qəsəbə sakinlərindən 150 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Qəsəbə sakinlərindən 110 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Burada icra nümayəndəliyi, məktəb, uşaq bağçası, tibb məntəqəsi və kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...