Həkim Murad Dadaşovun xəstəliyini şərh etdi
Bir müddət bundan əvvəl Xalq artisti Murad Dadaşov müalicəsi çətin olan xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb. Məşhur şoumen “Popumuz var” proqramında xüsusi cihazla yatdığını bildirib.
Dadaşov qeyd edib ki, 6-7 il sözügedən xortumlu cihazdan istifadə etməyə məcburdur: “Ciddi xəstəlikdir, insan yuxuda keçinə bilər. Xortumlu cihazı taxmasam, yata bilmirəm. 6-7 il belə yatmalıyam. Müalicəsi çətindir, demək olar ki, yoxdur”.
Bəs tibb dilində apnoe kimi tanınan xəstəliyin təhlükəsi nədir?
Bu sualı uzman həkim Elnur Əkbərov cavablandırıb. O, xəstəliyin ölümlə nəticələnə biləcəyini də vurğulayıb:
“Apnoe öz-özlüyündə tənəffüs yollarının xəstəliklərindən ziyadə beyin-qan dövranının pozulması, əsəbilik, gərginlik, yuxu pozğunluğuna yol aça bilər. Xəstəlik bəzi hallarda ürək fəaliyyətinin qəflətən dayanması ilə nəticələnə bilər ki, bu da yuxuda baş vermiş ölümlərin bir qismini təşkil edir.
Üst tənəffüs yollarının darlığına səbəb olan yuxarıda göstərilən patologiyaların bir qismi cərrahi yolla, digər qismi isə dərman vasitələri ilə aradan qaldırılır. Digər patologiyaların müalicəsində də cihazdan istifadə olunur. Yatağa girən pasiyent maska halında olan cihazı üzünə bağlayır. Cihaz tənəffüsü sayır, nəfəsalma dayandığı anda maskaya bağlı olan kompressor tənəffüs yollarına hava vurmağa başlayır”.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...