“ADY” -139 : Dəmir yolu tarixində yeni era

14:08 12-10-2019 | icon 3811
“ADY” -139 : Dəmir yolu tarixində yeni era

İndi ölkəmizin inkişaf etmiş dünya dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması və haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Ümummilli liderimiz Heydər Əliyevin uzun illər apardığı mübarizənin nəticəsidir. Hazırda ölkə nəqliyyat sisteminin əsas qollarından biri olan dəmir yolu sürətlə inkişaf edir. Ulu öndər Heydər Əliyev siyasi rəhbərlikdə olduğu bütün dövrlərdə iqtisadiyyatın əsas sahələrindən biri olan dəmir yolunun fəaliyyətini diqqət mərkəzində saxlayıb və bu nəhəng strukturun fəaliyyətinin genişləndirilməsi üçün daim qayğı göstərib. Bu dahi şəxsiyyətin dəmir yoluna verdiyi böyük əhəmiyyətin, onun fəaliyyətinə göstərdiyi diqqət və qayğının, eləcə də şəxsi himayəsinin nəticəsidir ki, bu gün Azərbaycan dəmir yolu MDB məkanında ən inkişaf etmiş dəmir yollarından birinə çevrilib.

Hazırda ulu öndərin bu uğurlu siyasi-iqtisadi kursu Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.

Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və 20 yanvar 1880-ci il tarixində ilk dəmir yolunun inşası başa çatdırılıb. Uzunluğu cəmi 20 km təşkil edən bu dəmir yolu xətti Bakı-Suraxanı-Sabunçu dəmir yolu olub və həmin tarixi dövrdən başlayaraq, dəmir yolu (yük daşınmasına olan tələbatın artması fonunda) inkişaf etdirilərək və təkmilləşdirilib.

Prezident İlham Əliyevin 2005-ci 7 oktyabr tarixli sərancamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün – 13 oktyabr “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.

Prezident İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə yaradılan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti isə ölkəmizdə dəmir yolunun inkişafını təmin edən əsas qurumdur.

DƏMİR YOLUNUN TARİXİNDƏ YENİ ERA

Son vaxtlar dəmir yolunun həyatında bir canlanma hiss olunur. Peşəkar nəqliyyatçı Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni era başlayıb.

Cavid Qurbanovun Cəmiyyətə sədr təyin olunmasından ötən dövr ərzində yeni texnologiyaların tətbiq olunması ilə ardıcıl olaraq, yüksək keyfiyyətlə həyata keçirilir. Dəmir yolunun inkişafına dair qəbul olunmuş Dövlət Proqramına əsasən, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parkının yenilənməsi və digər mühüm işlər yerinə yetirilmişdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmət səviyyəsinin müasir tələblərə çatdırılması, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz olaraq vaxtında çatdırılması üçün müasir texniki vasitələr yeniləşdirilmişdir.

“ADY” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə dəmir yolunun, lokomotiv parkının yeniləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb.

Ötən dörd ildə dəmir yolunun tikinti, quruculuq işləri geniş vüsət almışdır. Bunlardan paytaxtımızın giriş qapısı olan Bakı Sərnişin Vağzalının müasir dünya standartları səviyyəsində olması üçün burada yenidənqurma işləri aparılmışdır. Vağzalın əsas binasının fasadı yenidən qurulmuş, vağzalın inzibati binasının daxilindəki iş otaqları və bilet kassaları, saxlama kameraları, sərnişin platformaları tamamilə yeni, müasir görkəm almışdır. Bundan başqa, Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda tıxac problemini həll etmək üçün bu şəhərlər arasında mövcud olan dəmir yolu xətti yenidən əsaslı təmir edildi və 2015-ci ilin 12 sentyabrında Bakı şəhərinin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edəcək ilk sərnişin qatarının yolasalınma mərasimi keçirildi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etmiş, burada həyata keçirilən təmir-tikinti işlərini yüksək qiymətləndirmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında da yenidənqurma işləri ən yüksək səviyyədə aparılmışdır. İnzibati bina 1956-cı ildən istifadəyə verilsə də burada heç bir təmir işləri görülməmişdir. İnzibati binanın dam örtüyü tamamilə dəyişdirilmiş, işçilərə müasir tələblər səviyyəsində iş şəraiti yaradılmış, bütün iş otaqları yeni mebel və avadanlıqlarla təchiz edilmiş, binanın isitmə və soyutma sistemi mərkəzləşdirilmiş, sürətli internet şəbəkəsinə qoşulma təmin olunmuşdur.

Ölkə başçısının tapşırığına əsasən Azərbaycan brendi olan “Asan Xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətlərinə olan tələbatını təmin etmək üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş səyyar “Asan qatar” konsepsiyası reallaşdırılıb. Bakı Vaqon Deposunda hazırlanan səyyar “Asan qatar”da gözləmə zalı, xidmət zalı, laboratoriya, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Burada ilk dəfə olaraq “ADY” QSC-nin xidmətləri üçün ayrıca pəncərə yaradılıb. Bu səyyar qatarda 4 dövlət orqanına - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinə 9 növ xidmət göstəriləcəkdir. Bu xidmətin yaradılmasında isə əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır. “Asan qatar”ın ilk fəaliyyətə başladığı məntəqə Qazax rayonu olmuşdur.

Son illər dəmir yolu xətlərinin dəyişdirilməsi və əsaslı təmiri işlərinə də start verilmişdir. Bu müddət ərzində Bakı— Böyük— Kəsik yollarının əsaslı təmiri də diqqət mərkəzində olmuşdur.

Azərbaycanın tranzit potensialının artırılması üçün də olduqca uğurlu addımlar atılır. Ölkəmizin önəm verdiyi layihələrdən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin yaradılması tarixi bir hadisədir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Bu layihənin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri uğurla və vaxtında yerinə yetirdi.

Ötən il sentyabrın 18-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “ADY” QSC-nin sədri Cavid Qurbanov “Şöhrət” ordeni ilə təltif olundu.

Bu təltif həm də dəmiryolçuların əməyinə verilən böyük qiymət kimi də qəbul olunur.

Əminəm ki, son vaxtlar beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərəcək. Çünki dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub.

“ADY” QSC-nin sədri Cavid Qurbanov başda olmaqla bütün dəmiryolçuları Azərbaycan dəmir yolunun yarandığı gün – 13 oktyabr “Dəmir yolu işçilərinin peşə bayramı günü” münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıram.

Abulova Vəsilə

Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini

 

 


Digər xəbərlər

0.24784183502197