Azərbaycanlı fanatlar Niderland səfirliyinin qarşısında etiraz aksiyası keçirdilər - FOTOLAR
Bu gün Bakıdakı Niderland Krallığı səfirliyinin qarşısında azərbaycanlı futbol fanatları piket təşkil ediblər. Piket iştirakçıları ötən axşam Avropa çempionatının seçmə qrup mərhələsində Macarıstan - Azərbaycan matçının 90+3-cü dəqiqəsində hollandiyalı baş hakim Dennis Yohan Hiqlerin Bəhlul Mustafazadənin vurduğu qolu heç bir əsası olmadan ləğv etməsinə etiraz ediblər.
Piketçilər “Holland hakimə istefa”, “Futbol - siyasət deyil”, “Xalımızı geri qaytar”, “Ədalətsiz referi”, “Məqsəd dava deyil, haqqımızı tələb edirik”, “Azərbaycan, Azərbaycan”, “Qolu qeydə almadığınıza görə “təşəkkür”, “Haqsızlığa göz yummayaq”, “Biz Azərbaycan üçün bura gəldik”, “Azərbaycan zəif deyil”, “Denis Hiqler, ədalətsizliyə yol vermə”, “Sonadək vuruşacağıq”, “Biz düşmən deyilik” şüalarını Azərbaycan və ingilis dillərində səsləndiriblər.
Etirazçılar sonda məqsədlərinin yaranmasına da aydınlıq gətiriblər: “Oyuna bir yerdə baxırdıq. Elə yerindəcə qərara aldıq ki, belə bir etiraz aksiyası keçirək”.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...