Azərbaycanlı biznesmen dəhşətli qəzada həlak oldu - FOTOLAR
Rusiyanın Çelyabinsk vilayətinin ən varlı adamlarından azərbaycanlı biznesmen Əlişah Süleymanov avtoqəzada dünyasını dəyişib.
“Ruslada” şirniyyat fabrikinin, tikinti və rieltor şirkətlərinin sahibi olan Əlişah Süleymanovu həlak olması ilə nəticələnən qəza ötən gün oktyabrın 15-də Yujnouralsk-Maqnitoqorsk şose yolunun 24-cü kilometrliyində baş verib.
Çelyabinsk vilayəti üzrə yol polisinin mətbuat xidmətinin bildirdiyinə görə, “Toyota Land Cruiser 200” markalı avtomobilin sürücüsü hərəkət üçün təhlükəsiz sürət rejimi seçməyib və meteoşəraiti nəzərə almayıb, nəticədə idarəetməni itirib. Avtomobil yolun kənarındakı xəndəyə aşıb. Nəticədə avtomobilin sərnişini-biznesmen Süleymanov hadisə yerində həlak olub. 43 yaşlı sürücü yaralanıb.
1960-cı ildə Azərbaycanda anadan olan Ə.Süleymanov bir neçə şirkətin, o cümlədən “Ruslada” şirkətinin, “Kolos” qida məhsulları şirkətinin və “MontajSpetsStroy” MMC tikinti şirkətinin sahibidir. Çelyabinskdə 90-cı illərin əvvəllərində gəlib, regionun ən uğurlu biznesmenlərindən hesab olunurdu.
Süleymanov biznesə 1995-ci ildə Çelyabinskdə, bazarda mağaza açmaqla başlayıb, daha sonra biznesini böyüdüb. 2000-ci illərin əvvəllərində “Ruslada” firmasını yaradıb və sonradan onu Rusiyanın ən iri konditer fabrikinə çevirib.
-
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - Foto
...
-
Qohumunun evində çoxlu pul olduğunu dedi - Birgə oğurladılar
...
-
Marketdən 8 min manatlıq spirtli içki oğurladı - Video
...
-
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
...
-
Daha bir tiktoker həbs olundu - DİN-dən açıqlama
...
-
“Forbes”ə görə Ermənistanın bir milyarderi var - O da DTX təcridxanasında
...
-
Azərbaycanda qadın casusluğa görə həbs edilib
...
-
“Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN
...
-
Moskvada “Crocus City Hall”da terror aktı - Ölənlərin sayı 115-ə çatdı
...
-
Terminaldan 10 minə yaxın pul oğurladılar - Video
...