Prezident Əli Həsənovu işdən çıxardı

20:10 21-10-2019 | icon 2465
Prezident Əli Həsənovu işdən çıxardı

Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.

Ölkə başçısının sərəncamı ilə Əli Şamil oğlu Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ə. Həsənov 20 il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri işləyib. Ötən il prezidentin sərəncamı ilə vəzifəsindən azad edilərək Baş Nazirin müavini kimi fəaliyyətini davam etmişdi.

 

Bu arada xatırladaq ki, sabiq “Qaçqınkom” sədri iki il əvvəl nəvəsi ilə bağlı gündəmə gəlmişdi. Belə ki, Ə. Həsənovun nəvəsi Nail Allahverdiyev “Mercedes-Gelandawagen”lə  iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdu. 

O, Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bu ilin avqust ayında isə azad edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iqtisadi müşavirədə hökumətdə ciddi islahatların aparılacağı ilə bağlı anonslar verilmişdi. Ölkə başçısı iqtidarda olan bəzilərinin islahatlara qarşı çıxdığını və həmin şəxslərin hər vəchlə görülən işlərə əngəl törətmək istədiyini qeyd etmişdi.


Digər xəbərlər

0.25211000442505