Prezident Qüdrət Qurbanovla bağlı sərəncam verdi

21:01 21-10-2019 | icon 4351
Prezident Qüdrət Qurbanovla bağlı sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev Qüdrət Qurbanovla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki,  Dövlət Dəniz Agentliyinin direktoru olan Q. Qurbanov oktyabrın 20-si 60 illik yubileyini qeyd edib. 
 
Xatırladaq ki,Qüdrət Qurbanov 1959-cu il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub.

28 fevral 2014-cü ildə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti seçilib.

11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.

Biz də redaksiyamiz adından Qüdrət müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!


Digər xəbərlər

0.25522208213806