Emin Ağalarovdan növbəti xeyriyyə işi - Fotolar
Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyanın Kemerovo şəhərində xeyriyyə məqsədli konsert proqramı ilə çıxış edib.
Bilet satışından əldə olunan bütün məbləğ, 818 min rubl (218 min AZN-ə yaxın) Kuzbasın “Detskoye serdtse” Fondu və “Rodnik” uşaq evi arasında bölünəcək, eləcə də Kerns-Seyr sindromundan əziyyət çəkən Vlad Tsıqanova yardım ediləcək.
Kemerovoya səfəri çərçivəsində Emin 2018-ci il martın 25-də dəhşətli yanğın nəticəsində kül olan “Zimnaya vişnya” ticarət mərkəzinin ərazisində salınan Mələklər Parkında da olub.
Məlum olub ki, hələ ötən il Xalq artisti dostları ilə bərabər zərər çəkən ailələr üçün 17 135 038 rubl (455 min AZN-dən çox) pul toplayıb, indi isə Müslüm Maqomayev Fondu və Rusiya Qırmızı Xaç Cəmiyyətinin Kemerovo şəhər şöbəsi ilə bərabər yanğında övladları həlak olan Treşevsk kəndinin altı ailəsinə yardım göstərilir.
Qeyd edilir ki, bu günədək vəsait yaşayış yerlərinin təmirinə, kənd təsərrüfatı texnikası və mal-qara alınmasına, uşaq meydançalarının qurulmasına və ailələrin digər ehtiyaclarına xərclənib.
Emin konsertindən əvvəl zərər çəkən ailələrlə görüşüb və onları öz konsertinə dəvət edib. Kemerovo sakinləri artisti və onun musiqiçilərini çox isti: dolu zal və səmimi alqışlarla qarşılayıb.
Xatırladaq ki, bu günlərdə E. Ağalarov Rusiyanın paytaxtında "Dobrodomik" adlı kafe açıb. Məkanda yaşlı insanlar pulsuz nahar edə bilər.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...