“Qarabağ” APOEL-lə bərabərə qaldı - Video+Fotolar
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Azərbaycan çempionu “Qarabağ” da doğma meydanda Kiprin APOEL klubunu qəbul edib.
Oyunda hesabı Qurban Qurbanovun komandası açıb. 13-cü dəqiqədə Dani Kintana fərqlənib. Lakin ilk hissədə ardıcıl iki qol vuran APEOL fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. "Qarabağ" cavab qolunu 59-cu dəqiqədə vurub. Aylton Silva Ağdam klubuna 1 xalı qazandıran qolun müəllifi olub.
Bu nəticədən sonra "Qarabağ" xallarının sayını 4-ə yüksəldib. 3 oyunda 1 xalı olan APOEL isə qrup sonuncusudur.
Fotolar: Pərvin Zeynal
Avropa Liqası
A qrupu
24 oktyabr
20:55. “Qarabağ” - APOEL - 2:2
Qol: Dani Kintana, 13, Aylton Silva, 59 - Nkolas İoannou, 29, Linus Hallenius, 45+1
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 17. Antonio Yakolis, 23. Joajinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...