Yığmamız DÇ-ni 3-cü yerdə başa vurdu
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb. Mundiala 8 idmançıyla yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb.
Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb.
Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticəylə millimiz dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) ikinci yeri tutub. 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən bu yana keçirilən analoji yarışlarda sərbəst güləş yığmamızın ən yaxşı nəticəsidir.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...