Absaidov güləş yığmamızı pula görə tərk edib
Sərbəst güləş üzrə milli komandamızın baş məşqçisi Saypulla Absaidovun Nur-Sultanda keçirilən dünya çempionatında öncə komandamızdan gözlənilmədən getməsi müzakirələrə səbəb oldu. Dağıstanlı çalışdırıcının komandanı qoyub getməsinin səbəbi maddi məsələlər olub.
Uzun müddətdir Azərbaycan Güləş Federasiyasından maaş ala bilməyən məşqçinin DÇ ərəfəsi səbr kasası daşıb. Absaidov federasiya rəhbərliyindən pulunun verilməsini tələb edib.
Lakin buna nail ola bilməyib. Hətta milli komandanın üzvləri də baş məşqçinin tərəfində olublar. Onlar da maddi məsələlərin həllini tələb ediblər.
Problemlər həll olunmadıqda isə Absaidov komandanı tərk edib.
Federasiyadan verilən məlumata görə isə Absaidovun maaşında heç bir problem olmayıb. Sadəcə o, özü gözlənilmədən komandanı ataraq gedib: “Onun maaşında heç bir problem olmayıb. Maddi tərəfdən sıxıntı yaşamayıb. Təlim-məşq toplanışları da onun hazırladığı plan üzrə təşkil olunub. Federasiyaya xəbərdarlıq etmədən və problemini bildirmədən gedibsə, buna görə məsuliyyəti özü daşıyır”.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...