Əkbər Hacıyevlə Ruslan Əliyev kollektivə təqdim olundu - Fotolar
Xəbər verdiyimiz kimi, SOCAR Prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev “Qaz İxrac” İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifələrinə sınaq müddətinə təyin olunub.
Birliyin kollektivi ilə keçirilən görüşdə çıxış edən SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov yeni təyinatlar barədə ətraflı məlumat verib və onlara uğurlar arzulayıb. Əkbər Hacıyev və Ruslan Əliyev də öz növbəsində SOCAR rəhbərliyinə onlara göstərdiyi etimada görə təşəkkür ediblər və bu etimadı doğrultmaq üçün səylə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz”ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.
R. Əliyev isə həmin qurumda satış və istismar üzrə müavin vəzifəsində çalışıb.
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...