Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et!
Hər zaman Azərbaycan xalqının adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar” sosial media istifadəçilərinə Göyçayda keçiriləcək ənənəvi Nar Festivalında iştirak etmək imkanı verir. Belə ki, mobil operator sosial şəbəkə iştifadəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. Suallar “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrinin hekayə bölümündə paylaşılacaq. Müsabiqə noyabrın 4-də saat 20:00-da başlayır və noyabrın 6-sı saat 20:00-da başa çatacaq. Qaliblər noyabrın 7-də elan olunacaq.
Verilmiş məntiqi tapşırıgı düzgün cavablandıran 10 nəfər “Nar” əməkdaşları ilə birgə noyabrın 9-10-da Göyçayda keçiriləcək Nar Festivalına gediş-dönüş qazanacaq. Qeyd edək ki, seçilən şəxslər özləri ilə daha 1 nəfəri də Göyçaya apara biləcəklər. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən ediləcək. Sualı düzgün cavablandıranların 5-i “Facebook” , 5-i isə “İnstagram” istifadəçiləri arasından seçiləcək.
Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir.
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...