“Gilan Holding” sponsorluğu dayandırır - Daha bir klubumuz tarixə qovuşa bilər
Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" sponsorsuz qalır.
Klubun baş himayədarı olan "Gilan Holding" 2020-ci ilin yanvarın 1-də maddi sponsorluğunu dayandıracaq.
Bununla da "Qəbələ" cari mövsümün ikinci yarısına planlaşdıırlan bütün büdcədən məhrum qalacaq.
Niyə "Gilan Holding" sponsorluluğu məhz yanvardan dayandıracaq? Məsələ ondadır ki, futbolda klubun büdcəsi mövsüm üçün müəyəynləşdirilsə də, "Gilan Holding" kimi kommersiya təşkilatlarında illik tərtib olunur. Yəni, yavnarın əvvəlindən dekabrın sonunadək. Buna görə də "Qəbələ" artıq qış fasiləsində tarixin yaddaşına köçə bilər.
Bu xəbər o səbəbdən daha çox üzücüdür ki, klubun Futbol Akademiyası yetərincə uğurlu fəaliyyət göstərir. "Qəbələ"nin bir çox yetirməsi aparıcı klublarımzın şərəfini qoruyurlar, həmçinin ölkənin bütün yaş qruplarında təmsil olunurlar.
Xatırladaq ki, əsası 1995-ci ildə qoyulan "Qəbələ" 2006-cı ildən fasiləsiz Premyer Liqada çıxış edir. "Qırmızı-qaralar" Azərbaycanda ardıcıl 2 il Avropa Liqasında mübarizəyə ilk mərhələdən başlayaraq qrupa düşən yeganə klubdur. (Football24.az)
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...