“Uelslilərə sözümüz var: Bakıda pivə ucuzdur” - Elxan Məmmədov
“Bu gün Buxarest şəhərində təşkil olunmuş püşkatma mərasimində AFFA-nın rəhbərliyi ilə birgə iştirak etdik. Sevindirici haldır ki, Bakı da Avropa çempionatına evsahibliyi edəcək şəhərlərdən biridir”.
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov AVRO-2020-nin final mərhələsinin püşkatma nəticələri barədə danışarkən deyib:
“Qrup mərhələsinin 3 oyunu ilə yanaşı, Bakı 1/4 final mərhələsinin oyunlarının keçiriləcəyi 4 şəhərin də sırasındadır. Böyük bir futbol bayramının birbaşa iştirakçısı olacağıq. Xüsusilə, Türkiyə millisinin qrup mərhələsində Bakıda 2 oyun keçirəcəyi bizi sevindirir. Təbii ki, Türkiyə futbolunun Azərbaycanda azarkeşləri çoxdur. Üstəlik, Türkiyədən öz milli komandalarının oyununa getmək istəyənlər üçün ən rahat, ən yaxın və ən dogma şəhər Bakıdır. Bu baxımdan həm bizim üçün çox şanslı püşkatma oldu ki, Türkiyə millisi Bakıda oynacaq. Eyni zamanda, Türkiyə komandası üçün də uğurlu püşk alındı ki, rəqibləri ilə Azərbaycanın paytaxtında qarşılaşacaqlar”.
E.Məmmədov Uels millisinin azarkeşlərinə də ismarıc göndərib:
“Uels millisinin azarkeşlərinə də sözümüz var: Bakıda pivə keyfiyyətlidir və Uelsdəkindən ucuzdur. Bu bir zarafat olsa da, hər zarafatın mahiyyətində bir ciddi məqam da var. Təbii ki, İsveçrə azarkeşlərini də Bakıda gözləyirik və ölkəmizə təşrif buyuracaq bütün futbolsevərlər böyük futbol festivalının şahidi olacaqlar”.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...