Hafiz Məmmədov üçün əlamətdar gün
Bu gün tanınmış iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun yubileyidir.
2 dekabr 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş Hafiz Məmmədovun 55 yaşı tamam olur.
“Baghlan group” şirkətlər qrupunun da sahibi olan H.Məmmədov özünün yüksək insani keyfiyyətləri, xeyirxahlığı ilə tanınır.
O, Azərbaycan futbolu üçün də yetərincə iş görüb, “Bakı” futbol klubunu yaradıb, Azərbaycanda ilk uşaq futbol akademiyalarından birinin təməlini qoyub.
Hafiz bəy ölkə idmanı ilə yanaşı Azərbaycanın bütün dünyada tanınması istiqamətində də bir çox işlər görüb.
H.Məmmədovun birbaşa təşəbbüsü və maliyyə dəstəyi ilə “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) Avropada brendə şevrilib. Bu layihəyə uyğun olaraq, Madridin “Atletiko”, sonradan isə Fransanın “Lans” klubları oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formalarla çıxıb.
Hafiz Məmmədovu yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayırıq.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...