DİN futbolçunun qarət edilməsi haqda məlumat yaydı

19:54 21-12-2019 | icon 3310
DİN futbolçunun qarət edilməsi haqda məlumat yaydı

Xəbər verdiyimiz kimi, “Zirə” futbol klubunun oyunçusu Mfo Kqasvane qarət edilib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. 

 

Məlumatda deyilir: “Dekabrın 17-də polisə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib. Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır”.


Digər xəbərlər

0.28616309165955