“Deputat seçilsəm, icra başçısı vəzifəsindən gedəcəm”
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb.
Bununla bağlı Modern.az-a danışan icra başçısı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ona göstərilən etimada görə təşəkkür edib:
“Siyahıda mənim də adımın olması sevinclə yanaşı böyük məsuliyyət hissi yaradır. Çalışacağam YAP tərəfindən mənə göstərilən bu etimadı doğruldum”.
“Qanunvericiliyə görə, deputat seçilərəmsə, hazırkı vəzifəmdən azad olunmalıyam. Öz hesabıma məzuniyyətə çıxacağam, yaxud istefa verəcəyəm, buna YAP tərəfindən mənə rəsmi sənəd daxil olanda qərar verəcəyik”.
Qeyd edək ki, bundan əvvəl 123 saylı Kəlbəcər Seçki Dairəsinin deputatı Cavid Qurbanov olub.
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...