Qaz limitinin sıfırlanması üçün 300 şəkil göndərilib
Bayram günlərində (31 dekabr 2019-cu il – 06 yanvar 2020-ci il) “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinə 25 minə yaxın müraciət daxil olub.
İstehsalat Birliyindən verilən məlumata görə, 7142 halda abonentlər yeni sayğacların ixtismarı qaydaları ilə maraqlanıb. Sayğaclardakı uğursuz əməliyyatlarla bağlı 4060 müraciət ünvana gedilmədən elə telefon əlaqəsi ilə həllini tapıb.
Qeyd edək ki, “Azəriqaz” İB mexaniki sayğaclar üzrə limitin sıfırlanması əməliyyatlarına 2020-ci ilin ilk rəsmi iş günü, yəni yanvar ayının 7-dən başlanılacağını bəyan etmişdi. Lakin istənilən abonent vaxtından əvvəl bu işin icrasını arzulayarsa, 077 310 41 04 saylı whatsapp nömrəsinə sayğacın göstəricilərinin aydın görünən şəklini çəkib ata bilər.
Beləliklə, son 6 gündə qeyd edilən məsələyə dair 300-ə yaxın şəkil çəkilərək qaynar xəttin “whatsapp” nömrəsinə göndərilib. Onlardan 200-ü aidiyyatı üzrə qeydiyyata alınıb. Yalnız 100-ə yaxın foto tam dolğun olmadığı üçün (çəkildiyi tarix, saat əksini tapmadığından) nəzərə alınmayıb, lakin buna baxmayaraq abonentə bu barədə ətraflı izahat verilib. Mexaniki sayğacların göstəricilərinin oxunmasının yaxın 3 gün ərzində tamamlanması planlaşdırılır.
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...