“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi
Hər zaman gənclərə dəstək olan, onların peşəkar karyera qurmalarına, maariflənməsinə və asudə vaxtının səmərəli keçirilməsinə çalışan “Nar”, 2 fevral – Gənclər Günü münasibətilə istedadlı və yaradıcı gənclərə öz dəstəyini göstərib. Belə ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş mükafatlandırma mərasimində mobil operator uğurlu fəaliyyəti ilə seçilmiş tələbə gənclər təşkilatlarını təbrik edib.
Gənclər Gününə həsr olunmuş tədbirdə 2019-cu ildə müxtəlif sahələrdə nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş gənclər, eləcə də ictimai fəallığı ilə seçilmiş gənclər təşkilatları mükafatlandırılıb. Məqsəd yüksək nailiyyət əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul verməkdir.
Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin cəmiyyət üçün əhəmiyyətini anlayaraq, onların maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...