Seçkinin nəticələri bu hallarda ləğv edilə bilər
Hazırda ölkə gündəmində müzakirə edilən əsas məsələ parlament seçkilərinin nəticələridir. “Qafqazinfo” xəbər verir ki, seçkidə iştirak edən namizədlərin bəzilərinin şikayətləri artıq Mərkəzi Seçki Komissiyasına daxil olmağa başlayıb. Seçki günü sosial şəbəkədə yayılan qanun pozuntuları ilə bağlı araşdırmalar aparılır.
Bu məqamda ictimaiyyəti maraqlandıran əsas məsələlərdən biri hansı məntəqələr və ya dairələr üzrə qərarların ləğv ediləcəyidir.
Seçki Məcəlləsində hansı hallarda parlament seçkilərinin nəticələrinin etibarsız hesab edilməsini oxucuların diqqətinə çatdırırıq.
Bununla bağlı Məcəllədə qeyd olunub ki, Dairə Seçki Komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir. Bundan əlavə, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə nəticələri etibarsız sayır.
Həmçinin birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə etibarsız sayır. Bundan əlavə, məhkəmənin qərarı əsasında da seçkinin nəticələri etibarsız sayıla bilər.
Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.(qafqazinfo)
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...