Bakıda avtobuslar dezinfeksiya edildi - Video

13:46 29-02-2020 | icon 5023
Bakıda avtobuslar dezinfeksiya edildi - Video

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilib. Dezinfeksiya olunan 100-ə yaxın avtobus əsasən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərir.

 

 

 

Digər xəbərlər

0.27119708061218