Sabah 25 dərəcə isti olacaq
12 martda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...