İstanbul derbisi qolsuz bitdi

11:33 16-03-2020 | icon 3075
İstanbul derbisi qolsuz bitdi

Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

26-cı turun mərkəzi oyununda “Qalatasaray” doğma azarkeşləri önündə “Beşiktaş”ı qəbul edib.

“Türk Telekom” stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 20:00-da baş tutub. Oyunun baş hakimi Abdulkadir Bitiqen olub.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə qarşılaşma azarkeşsiz keçirilib.

 

Azarkeşsiz keçən oyun heç-heçə başa çatıb. 

Qeyd edək ki, "Qalatasaray"-"Beşiktaş" arasında ilk azarkeşsiz oyun 2007-2008 mövsümünün 7-ci həftəsində Əli Sami Yen stadionunda keçirilib. "Sarı-qırmızılar"ın əvvəlki mövsümdən qalan cəzası tribunaların boş qalmasına səbəb olmuşdu. 


Digər xəbərlər

0.23481798171997