Boksçumuz Olimpiya Oyunlarına lisenziya qazandı

10:19 17-03-2020 | icon 3557
Boksçumuz Olimpiya Oyunlarına lisenziya qazandı

Boks millimiz Tokio-2020 yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

Tayfur Əliyev (57 kq) bu hüquqa yiyələnib. 23 yaşlı idmançı Londonda keçirilən Avropa olimpiya təsnifat turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. O, 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.

 

Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.


Digər xəbərlər

0.25354099273682