Azərbaycanın Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
Azərbaycan Səhiyyə Nazirinin müavini Rahim Əliyev vətəndaşlara çağırış edib.
O, bu barədə AzTV-nin “Hədəf” verilişində deyib.
Nazir müavininin sözlərinə görə, vətəndaşlar özünü qorumağa biganə yanaşmamalıdırlar. İnsan özünü mühafizə etməklə ətrafını, yaxınlarını qorumuş olacaq.
“Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bu qərarın vaxtında verilməsi özünü doğruldur. Çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan əsas addımlardandır.
Hazırda Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) digər qurumlarla birlikdə Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun tədbirlər görür.
Bundan sonra da hansı qərarlar qəbul edilərsə, onlara uyğun addımlar atılacaq.
Əsas odur ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün əlimizdən gələni edək”, - deyə nazir müavini qeyd edib.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...