Azərbaycan Olimpiadanın təxirə düşməsi ilə bağlı bu tədbirləri görəcək
“Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (Covid - 19) yarada biləcəyi təhlükə ilə bağlı Tokio 2020 Yay Olimpiya oyunlarının növbəti, 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürmüş və qarşı tərəfdən müsbət cavab alıb”.
Bu barədə Gənclər və Idman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə Bəyanatında deyilir.
Bildirilir ki, Azərbaycan müstəqilliyi dövründə Olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:
- oyunların başlanmasına qalan 1 il ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması;
-2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatmış idmançıların 2021-ci ilə kimi formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;
- federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;
- gənc və perspektivli idmançılarla işin gücləndirilməsi;
- karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim məşq toplantılarının davam etdirilməsi.
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...