Azərbaycanda aprelin 2-dən hava pisləşəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyinin sürəti 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı istisna olunmur.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...