“Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir” - Vətəndaşların nəzərinə!
"Vətəndaşlar marketə və aptekə getmək üçün ayrı-ayrı icazə ala bilməz".
Bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O, "səhər icazə alıb marketə getmişəm, amma 4-5 saat sonra təcili olaraq aptekdən dərman almalıyam. Bu zaman nə etməliyəm?" sualına cavab olaraq bildirib ki, vətəndaşlara gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir: "Ona görə də vətəndaş həmin gün ona nə lazımdırsa, əvvəlcədən nəzərə almalıdır. Lakin əgər səhhətində problem yaranarsa, 1-ci bənd üzrə təxirəsalınmaz tədbirlər üçün icazə alıb evdən çıxa bilər".
TƏBİB sədri Ramin Bayramlı əlavə edib ki, əgər vətəndaşın səhhətində problem yaranarsa, bunun üçün küçəyə çıxmağa ehtiyac yoxdur: "Siz 103-ə zəng edəcəksiniz, bizim həkimlərimiz sizin ünvana gələcəklər".
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...