Yollarda nə qədər adam cərimələnib?

11:28 23-04-2020 | icon 3136
Yollarda nə qədər adam cərimələnib?

Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb. 

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22 aprel saat 00:00-dan 23 aprelədək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə aprelin 1-dən tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Digər xəbərlər

0.23175597190857