“Azercell“in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir - Fotolar
"Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə dəstəyini davam etdirir.
"Azercell"dən daxil olan məlumata görə, ötən iki həftədə olduğu kimi, müqəddəs Ramazan ayının üçüncü həftəsində də bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan daha 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb.
Azercell xeyriyyə layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi siyahıya əsasən müqəddəs Ramazan ayı ərzində ümumilikdə 4000 aztəminatlı ailəyə ərzaq payı göndərməyi nəzərdə tutur. Sovqatların ölkə boyu müxtəlif ünvanlara çatdırılması Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt” MMC tərəfindən həyata keçirilir.
Qeyd edək ki, şirkətin xeyriyyə təşəbbüslərinə Azercell əməkdaşları da qoşulub. Son iki həftə ərzində "Azercell Könüllüləri” öz növbəsində hər gün aztəminatlı ailələri ziyarət edib, onlara ərzaq yardımı paylayıb. Həssas zamanda vətəndaşlara dəstək olan "Azercell Könüllüləri” bu istiqamətdə öz fəaliyyətlərini davam etdirməyə hazırdır.
Azercell şirkətinin təşkil etdiyi yardım aksiyaları COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yüksəltmək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək məqsədi daşıyır.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...