Heydər Əliyev Fondu fermerlərin məhsulunun 100-dən çox yük maşını ilə ixracında yardım etdi - Fotolar+Video
Azərbaycanın cənub bölgəsində kartof istehsalı ilə məşğul olan fermerlər məhsulun xarici ölkələrə ixracı üçün qablaşdırılmasında yaranmış problemlə bağlı Heydər Əliyev Fonduna müraciət ediblər.
Kəndli-sahibkarlar yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbindən qablaşdırma məhsullarında çatışmazlıq yarandığını və nəticədə Rusiya, Şərqi Avropa və Orta Asiya ölkələrinə göndərilməli tonlarla kartofun açıq sahədə xarab olma təhlükəsiylə üz-üzə qaldığını bildiriblər.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təcili olaraq 500-dən çox fermer 60 mindən artıq çoxqatlı kağız kisə ilə təmin edib. Bu kisələr ümumilikdə 2400 tondan artıq kartofun qablaşdırılmasına imkan verir. Məhsulun ilk partiyası qablaşdırılaraq yola salınıb. Ümumilikdə isə fermerlərin məhsulu olan 100-dən çox yük maşını xaricə yola salınacaq. Bununla da tonlarla kartofun açıq sahələrdə qalaraq xarab olmasının qarşısı alınıb və fermerlərə ixrac üçün imkan yaradılıb.
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...