Azərbaycan FİFA reytinqində neçəncidir?

16:47 11-06-2020 | icon 3436
Azərbaycan FİFA reytinqində neçəncidir?

Milli komandaların FİFA reytinqi açıqlanıb. Yenilənən siyahıda heç bir dəyişiklik olmayıb.

Koronavirus pandemiyası səbəbindən oyunlar keçirilmədiyi üçün komandalar əvvəlki yerində qalıblar. Azərbaycan millisi aktivində 1177 xalla 114-cü sıradadır.

 

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları yer alıb. Türkiyə millisi isə 1494 xalla 29-cudur.


Digər xəbərlər

0.29158115386963