“Bakı Metropoliteni”nin 29 işçisi yoluxub, biri ölüb

10:35 25-06-2020 | icon 2787
“Bakı Metropoliteni”nin 29 işçisi yoluxub, biri ölüb

Bu günədək “Bakı Metropoliteni”nin 29 əməkdaşı koronavirusa yoluxub.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hazırda 22 əməkdaş müxtəlif xəstəxanalarda müalicəsini davam etdirir: 

 

“6 əməkdaşımız artıq tam sağalıb, metodik göstərişlərə uyğun olaraq nəzarət altındadırlar. Bir nəfər əməkdaşımız isə koronavirus səbəbindən vəfat edib. 

Lakin həmin şəxs xidmət rəisi Etibar İsayev deyil. Etibar İsayev ürək çatışmazlığından vəfat edib”.


Digər xəbərlər

0.20719289779663