Hacıqabulda Operativ Qərargahın növbəti iclası keçirilib
03 iyul 2020-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sədrliyi ilə rayonda koronovirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın növbəti iclasında aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İclasda Rüstəm Xəlilov çıxış edərək iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev, şəhər və rayonların icra hakimiyyətlərinin başçıları, polis şöbələrinin rəisləri, prokurorları, DTX-nın yerli şöbələrinin rəislərinin iştirakı ilə Respublika videomüşavirəsində müzakirə olunan məsələlər və qarşıya qoyulan tapşırıqlar barədə məlumat verdi.
Rayon İcra hakimiyyətinin başçısı rayon ərazisində COVİD-19 infeksiyasına qarşı aparılan təxirəsalınmaz işlərdən və mobil qrupların gündəlik fəaliyyətindən ətraflı məlumat verdi. Həmçinin əhalinin sağlamlığının qorunması məqsədilə qapalı yerlərdə tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin saxlanılmasının, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, xüsusən bankomatların qarşısında ara məsafəsi qorunmaqla növbələrin tənzimlənməsinin və dezinfeksiya işlərinin davam etdirilməsinin, mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işlərinin daha gücləndirilməsi və zərurət yarandığı halda inzibati tənbeh tədbirlərinin həyata keçirilməsini qərargah üzvlərinin diqqətinə çatdırıb və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...