“Fairmont” ancaq müştərilərdən üzr istədi - Hovuzu bağladı
"Faitmont Baku" hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb.
Bu barədə hotelin yaydığı məlumatda bildirilir:
"COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, Fairmont Bakı ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.
“Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz, bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə Fairmont Bakı Alov Qüllələri Baş meneceri Metyu Qreppo bildirib.
Qeyd edək ki, sözügedən hotel sərtləşdirilmiş karantin rejiminə baxmayaraq, açıq hava hovuzunu müştəriləri üçün açıq etmişdi. Bu barədə xəbər yayıldıqdan sonra Bakı polisi "Fairmont Baku"da əməliyyat keçirmiş, otelin müştərilərini cərimələmişdi. Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün məsələ ilə bağlı danışaraq oteldə baş verənləri biabırçılıq adlandırmışdı.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...