Türkiyədəki “Jara-2020” də təxirə salındı
27-28 avqustda Bodrumda keçirilməsi planlaşdırılan “Jara-2020” Beynəxalq Musiqi Festivalı təxirə salınıb. Bu barədə tədbir təşkilatçıları sosial şəbəkədə məlumat veriblər.
“Biz var gücümüzlə çalışırdıq ki, yay sizin üçün ancaq ən parlaq və musiqili təəssüratlarla yadda qalsın. Lakin vəziyyət başqa cürdür və biz “Jara” musiqi festivalını təxirə salmağa məcburuq”, - Jara TV-nin instaqramda yerləşdirdiyi məlumatda deyilir.
Qeyd olunur ki, tədbirin yeni keçirilmə tarixi barədə ən yaxın vaxtlarda məlumat veriləcək, daha əvvəl alınmış bütün biletlər keçərli olacaq.
“Biz istəyirik ki, festivalda özünüzü sakit və rahat hiss edəsiniz və ölkənin ən populyar artistlərinin hitlərinin sədaları altında keçirdiyiniz vaxtdan maksimum həzz ala biləsiniz”, - təşkilatçılar qeyd edirlər.
Xatırladaq ki, daha əvvəl “Jara-2020” festivalı koronavirus pandemiyası səbəbindən Azərbaycanda da təxirə salınmışdı. “Jara-2021” Bakıda 28 iyul - 1 avqust tarixlərində keçiriləcək, konsert proqramı və dəvət olunmuş artistlər eyni qalacaq.
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...
-
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
...
-
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
...
-
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
...
-
"CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTOLAR
...
-
Nazirdən Nəzrinlə Mərdana toy hədiyyəsi - Foto
...