Sabaha olan hava proqnozu
12 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...