“Belə durumda vəziyyət bizdən asılı olmayacaq” - Ramin Musayev

17:39 12-08-2020 | icon 2943
“Belə durumda vəziyyət bizdən asılı olmayacaq” - Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünün püşkatmasından sonra suallara cavab verib. Həmin müsahibəni təqdim edirik:

- Komandaların futbolçularından hər hansında koronavirus aşkarlansa, vəziyyət necə olacaq?

- Elə bir hadisə baş verərsə, bizdən üst qurumların tövsiyələrini dinləyəcəyik. Bizdən asılı durum olmayacaq. 

 

- Əgər klubların avrokuboklarda iştirakı ilə bağlı təxirəsalınma istənsə, necə olacaq? Bir turdan sonra milli komandanın toplanışına görə fasilə olacaq?

- Avqustun 21-də çempionatı başlayacağıq. Ayın 28-dən isə toplanış olacaq. Əgər baş məşqçinin belə fikri olmasaydı, 2-ci turu 30 avqustda keçirmək istəyirdik. 

- Matçların yayımı ilə bağlı təqvimi nəzərə alacaqsız? 

- Əvvəlki illərlə nisbətən yayımla bağlı problem yaşamırıq. Necə ki, geridə qalan mövsümdə oyunların yeri və saatı ilə bağlı qarşılıqlı razılıq olurdu və bu il də eynilə elə olacaq. 

- Çempionatın sponsoru olacaq?

- Ötən mövsüm bir şirkətlə danışıqlar gedirdi. Mart-aprel aylarında uzunmüddətli müqavilə gözlənilirdi. Amma pandemiyaya görə çətin vəziyyət yarandı. Lakin yenidən həmin şirkətlə müqavilə bağlay bilərik. Bu gözləniləndir. 


Digər xəbərlər

0.26144194602966