31 dərəcə isti olacaq

00:14 18-08-2020 | icon 3583
31 dərəcə isti olacaq

18 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-21,  gündüz 26-28, Bakıda  gecə 19-21, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.   

 

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə  24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz  13-17 dərəcə  isti olacaq.


Digər xəbərlər

0.2181179523468