“İçkili vəziyyətdə o cür çıxışlar etməməli idim” - Kəramət Böyükçöl
Kirayədə qaldığı evin sahibinin və qonşuların şikayətləri əsasında polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl bu gün sərbəst buraxılıb.
O, şəxsi feysbuk hesabında status paylaşaraq baş verənlərə aydınlıq gətirib.
"Günlərdir gərgin idim. Ürəyim parlayırdı. Dözə bilmirdim. Ən adi problemlərin qarşısında özümü aciz hiss edirdim. Bezmişdim. Yorulmuşdum. Reallıqlarla barışa bilmirdim. Və belə bir vəziyyətdə emosiyalarımı saxlaya bilmədim, canlı açıb kobud ifadələrlə çıxış elədim, statuslar yazdım. Bütün hallarda nə olur olsun, içkili bir vəziyyətdə içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim və inanmaq istəyirəm ki, mən cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam deyiləm. Bir az yaşamaq istəyirəm, qızıma, oğluma görə yaşamaq istəyirəm. Yeni əsərlər yazmaq istəyirəm. Polisdən buraxılmışam, indi hal-hazırda xəstəxanadayam. Müalicə almağa başlamışam. Özümü vahimə içində, yorğun və o qədər ümidsiz, halsız hiss edirəm ki, bu cəhənnəm quyusundan məni ancaq sizin dəstəyiniz, təsəlliniz çıxara bilər, əziz dostlar. Ümid edirəm ki, yaxşı olacam" - deyə o, paylaşımında bildirib.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...