“Bakcell” oğurluğundan dönən deyil” – Şikayət/Foto
“Keçən dəfə Bakcelldən şikayət etmişdim. Ancaq nə fayda…. Üstündən bir həftə keçmişdi ki, eyni hal təkrarlandı”.
Bu fikirləri “Bakcell” abunəçisi Ceyla Alhanova bildirib. Onun sözlərinə görə, avqustun 27-də “Klass M” paketini yeniləyib, “Yüksək surət” interneti deaktivasiya edib, bununla bağlı təsdiq mesaj alıb.
“Daha sonra balansıma 5 manat yüklədim, ancaq yükləyən kimi yenə də 0.89 Azn balansdan çıxılıb, 100 mb internet aktivləşdirildi. 555 zəng edib, məsələni bildirdim, əvvəlcə qəbul etmədilər ki, siz deaktivasiya etməmisiniz.
Gələn təsdiq mesajını saatına, gününə qədər operatora oxuyandan sonra, operator deyir “Hə, düzdür, görünür nəsə texniki səhvlik olub, siz interneti bağlayın, istifadə etməyin, biz məsələni texniki şöbəyə yönləndirək, araşdırsınlar”, – şikayətçi yazıb.
C.Alhanova şirkətin əməkdaşına sual edib ki, bu araşdırma nə qədər çəkər: “Axı hər şeyin internet olduğu vaxtda, səhv sizdə ola-ola mənə deyirsiniz ki, bilinməz bir vaxta qədər interneti bağlayın. Deyir, “hə, siz o mb istifadə etsəniz pul qaytarıla bilmir”. Nə isə, gördüm “Bakcell” oğurluğundan dönən deyil, mən də onlara heç nəyi sübut edə bilməyəcəm, sağollaşdım.
Və mənim bakcellimə daxil olub görürəm ki, internet olub 99.98 mb. Halbuki anındaca bağlamışdım interneti. Yəni bir sözlə belə oğru operator mən görmədim. Bakcellin isə bu mənfi rəylər heç vecinə də deyil”.
Qeyd edək ki, son dövrlər “Bakcell” mobil operatorundan kütləvi şikayətlər daha da artıb.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...