PFL prezidentliyinə seçkilərin vaxtı açıqlandı

07:08 12-09-2020 | icon 2157
PFL prezidentliyinə seçkilərin vaxtı açıqlandı

Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə keçiriləcək seçkinin tarixi müəyyənləşib.

Bu haqda PFL-in saytı məlumat yayıb. Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb.

PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.


Digər xəbərlər

0.24028515815735