Vətəndaşın PA-ya ünvanladığı müraciət təmin edildi - Video
Bakı şəhərinin Səbail rayonunda qeydiyyatda olan, vətəndaş Nağıyev Əli Rafil oğlunun Prezident Administrasiyasına ünvanladığı və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətini “Azəriqaz” İstehsalat Birliyi dərhal təmin edib. Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib.
O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib. Birliyin əməkdaşları onun ailəsinin yaşadığı evə baş çəkib, təbii qazın çəkilməsi işlərinə başlanılıb. 20 sentyabr – “Neftçilər Günü” peşə bayramı ilə bağlı “Azəriqaz” İB-nin həyata keçirdiyi sosial aksiya çərçivəsində vətəndaşın problemi tezliklə həllini tapıb.
Qeyd edək ki, Nağıyev Əli Rafil oğlu hazırda cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.
Bu ailənin müraciətinə dair görülən işlərlə bağlı hazırlanan video material:
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...