Günün ulduz falı: 28 sentyabr, 2020 - maraqlarınızı müdafiə edin
Qoç - davranışınız sərt və aqressiv olmasın. Yaxın ətrafınızdakı insanların hissləri ilə oynamayın. Kəskin açıqlamalarla münaqişə yaratmayın. Bəzi işləri zarafatla demək, bununla da sərt reaksiyanı minimuma endirmək olar.
Buğa - tələsik qərarlar pis fəsadlarla nəticələnə bilər. Axşam saatları sakit, yorucu olmayan məşğuliyyət üçündür. Qarşınızda həddən yüksək tələblər qoymayın. İşlər o qədər də pis deyil.
Əkizlər - dəyər verdiyiniz insanlarla münasibətlərin sərinləşməsinə səbəb olacaq hərəkətlər etməyin. Dəyərsiz, xoşunuz gəlməyən adamlarla sıx ünsiyyətdə olmayın. Belələrindən uzaq durun.
Xərçəng - ailə və məişət qayğılarını qulaqardına vurmayın. Peşəkar fəaliyyət müstəvisindəki ciddi problemin həllinə aktiv başlayın. Genişmiqyaslı layihənin reallaşdırılmasını ertələyin.
Şir - bilik və bacarıqların artırılması, təcrübənin zənginləşdirilməsi, yaradıcı fəaliyyət üçün münasib zamandır. Günün ikinci yarısında yaxşı gəlir və ya xoş xəbər əldə edə bilərsiniz. Bir zamanlar dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Onunla ünsiyyətdə sonra bu adamla yolları ayırdığınıza sevinəcəksiniz.
Qız - çox əlverişli gündür. Məqsədə doğru aparan yolda yaranacaq elə bir sədd yoxdur ki, onu dəf edə bilməyəsiniz. Situasiyaların çətinliyindən asılı olmayaraq problemlərin öhdəsindən gələ biləcəksiniz.
Tərəzi - təşkilati məsələlərin axarına kənar təsirlərə və müdaxilələrə imkan verməyin. Öhdəsindən təkbaşına, müstəqil şəkildə gələ biləcəyiniz işlə məşğul olun. Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Uzaq yoldan imtina edin.
Oxatan - özünüzə əmin davranın. Yaxşı əhval-ruhiyyə və nikbinlik mövqelərinizi daha da gücləndirə bilər. Yeni tanışlarla səmimi davranın. Axşam saatlarında yaxşı təkliflər alacaqsınız.
Oğlaq - ifrata varmayın. Ehtiyac yaranan zaman güzəştə getməyi bacarın. Bu gün sizinlə manipulyasiya etməyə çalışan adamlar var. Başqalarının məqsəd və istəklərinin oyuncağına çevrilməyin.
Dolça - maraqlarınızı müdafiə edin. Azacıq təsirdən sonra geri çəkilməyin, məğlubiyyətə meylli olmayın. Mövqelərinizi sonadək müdafiə etsəniz, yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız.
Balıqlar - işlərinizdə irəliləyişə nail olmaq üçün yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz. Axşam saatlarında aktiv istirahətə üstünlük verin. Təxəyyülünüzü işə salın. Sevdiyiniz insanı sevindirin.(milli.az)
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...